📢 Vakansiyalar var!
Salyan Pivə Zavodu "Avadanlıq Operatoru" vəzifəsi üzrə vakansiya elan edir!
✅ İş barədə:
• İstehsalatda xüsusi avtomatlaşdırılmış cihazların, maşınların işinin tənzimlənməsini həyata keçirmək;
• Gündəlik istehsal olunacaq məhsulların məlumatlarını qəbul edərək avtomatlaşdırılmış avadanlıqları proqramlaşdırmaq və istehsal prosesini başlatmaq;
• İstehsalat zamanı avadanlıqlarda yaranan texnoloji problemləri analiz etmək;
• İstehsal avadanlıqlarının texniki istismar qaydalarına uyğun işləməsinə nəzarət etmək;
• Hissələrdə olan qüsurları və ya avadanlıqlarda olan nasazlıqları aşkar etmək məqsədilə maşınların işləməsinə nəzarət etmək və ya müşahidələr aparmaq;
• İstehsal avadanlıqlarının texniki istismar qaydalarına uyğun işləməsinə nəzarət edərək hansı bir nasazlıq olduqda mühəndisə və ya sex rəisinə dərhal məlumat vermək;
✅ Namizəd üçün tələblər
• Ali texniki təhsil;
• Avadanlıq Operatoru kimi iş təcrübəsi arzu olunandır;
• Avadanlıqların istifadə qaydalarına düzgün riayət etmək üçün texniki bilik və bacarıqlara sahib olmalı;
• Kollektivlə işləmə bacarığı
✅ İş şərtləri:
• Əmək haqqı müsahibə zamanı müəyyən olunur
• AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə
• İş rejimi: 6 günlük iş həftəsi
• İş saatı: 09.00-17.00
• İş yeri: Salyan Pivə Zavodu, A. Ağabəyli 7, Salyan, Azərbaycan AZ 5200
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına mövzu hissəsinə "Avadanlıq Operatoru" qeyd etməklə göndərmələri xahiş olunur.
Qaynar Xətt: (+994) 99 352 00 01