Blog Image

Tariximiz

Hal-hazırda Salyan Pivə Zavodu Azərbaycanda keyfiyyətli pivə istehsalçısıdır və ən yeni avadanlıqlarla təchiz olunmuş, 21-ci əsrin müasir zavoduna çevrilə bilib. Amma bu mərhələyə qədər Salyan Pivə Zavodu uzun yol keçməli olub və buna görə də zəngin tarixə malikdir.Zavod 1966-cı ildə “Azərittifaq”-ın daxilində postsovet dövründə yaradılıb.

Holdinqin daxilində bütün istehsal olunan məhsulların satıldığı mağazalar şəbəkəsi var idi. Zavodun ilk adı Salyan Pivə və Alkoqolsuz İçki Zavodu idi. Zavodun əsas fəaliyyəti müxtəlif növ pivə və limonadların istehsalından ibarət idi. Azərbaycanda cəmi 4 belə zavod var idi.Zavod 1989-cu ildən Akif Məmmədyarovun rəhbərliyi ilə fəaliyyətini davam etdirimişdir.

Bu zavodun təşəkkülündə və inkişafında Akif Məmmədyarov böyük rol oynamışdır. İstefa verəndən sonra ona yaxşı işçi kimi zavoda rəhbərlik etməyi təklif etdilər və o, o vaxt hələ çox kiçik olan və mövsümi fəaliyyət göstərən zavodu seçdi. Akif Məmmədyarov zavoda rəhbərlik edəndən sonra nizam-intizam yaradıldı, mərkəzdən yeni avadanlıqlar alındı. O, istehsal olunan məhsulun keyfiyyətini və satışını artırmağa müvəffəq oldu.1991-ci ildə SSRİ dağılandan sonra zavod ağır günlər yaşamağa başladı. Bu inqrediyentlərin Moskvadan göndərilməsi ilə bağlı idi.

Zavod az qala müflisləşmənin astanasında idi. Lakin bütün sənayeni dirçəldərək yerli sahibkarlar üçün yeni sərhədlər açan ümummilli liderimiz Heydər Əliyev gələndən sonra zavod fəaliyyətini davam etdirdi və yeni tərəfdaşlar əldə etməyə nail oldu.2008-ci ildən zavoda Akif Məmmədyarovun oğlu Elmar Məmmədyarov rəhbərlik etməyə başlayıb. Elmar Məmmədyarov bu gün də zavodun direktorudur. Onun rəhbərliyi altında zavod yeni fəaliyyət dövrünə qədəm qoyub.

Elmar Məmmədyarov zavodun yenidən qurulmasını həyata keçirib. Bu gün onun rəhbərliyi altında xaricdən gətirilmiş ən müasir avadanlıqlarla təchiz olunmuş müasir zavod fəaliyyət göstərir. Yeni zavod 2016-cı ilin yanvar ayından fəaliyyətə başlayıb.