“Elektrik-Avtomat” tələb olunur (Kişi)
İşəgötürən: Salyan Qida Məhsulları İstehsalat Kommersiya Şirkəti
Vəzifə öhdəlikləri:
Cari təmir, çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riyaət etmək;
Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
Mərkəzləşmiş təmir qaydalarına uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
İşlədiyi struktur bölmələrdə bütün elektrik avadanlıqların təftiş və təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
İşlə əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və zavodun təhlükəsizlik qaydalarına uyğun şəkildə icra edilməsi;
Qəza duruşlarında elektrik cihazlarının nasazlıqlarını müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması;
Tələblər:
Müvafiq sahə üzrə minimum peşə təhsili (elektrik və s.);
Transformatorlar haqqında nəzəri biliklər;
Elektrik yarımstansiyaları, alçaq və orta gərginlikli paylayıcı qurğularda haqqında ümumi anlayışlar;
Elektrik mühərriklərinə dair ümumi anlayışlar;
Generatorlar haqqında ümumi anlayışlar;
UPS-lər haqqında ilkin anlayışlar.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına subject/mövzu hissəsində “Elektrik-Avtomat” qeyd etməklə göndərmələri xahiş olunur.
Qaynar Xətt: (+994) 99 352 00 01